Cüdo üzrə yığmamız komanda yarışına çıxacaq

Cüdo üzrə yığmamız komanda yarışına çıxacaq

Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub.

SIA-nın xəbərinə görə, avqustun 31-də daha 2 cüdoçumuz mübarizəyə qoşulub.

Qadınlar arasında +78 kq çəki dərəcəsində yarışan təmsilçimiz İrina Kindzerska Tokio mundialını 7-ci yerdə başa vurub.

+100 kq çəki dərəcəsində mübarizə aparan isə Uşangi Kokauri ilk görüşdə uduzub.

Beləliklə, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb.

Qeyd edək ki, 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala sahib olub. Sentyabrın 1-də dünya çempionatının qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Avropa çempionu Portuqaliya yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə