"Zirə" ilə "Sabah" bir xala razılaşdılar

"Zirə" ilə "Sabah" bir xala razılaşdılar

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.

SİA-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilir. Turun açılış matçında "Qəbələ" "Keşlə"ni qəbul edib və 0:4 hesabı ilə uduzub.

Günün digər qarşılaşmasında "Sabah" "Zirə"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, 3-cü tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Səbail" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, III tur

31 avqust (şənbə)

20:30. “Zirə” – “Sabah” - 1:1
Qollar: Amadu Diallo, 35 (0:1), Soni Norde, 88 (1:1)
Reallaşdırılmayan penalti: Cavid Hüseynov , 48 (qapıçı)
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə