"Keşlə" "Qəbələ"yə futbol "dərsi keçdi"

"Keşlə" "Qəbələ"yə futbol "dərsi keçdi"

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilir. Turun açılış matçında "Qəbələ" "Keşlə"ni qəbul edib.

Gözəl oyun nümayiş etdirən Tərlan Əhmədovun yetirmələri meydan sahiblərinə futbol dərsi keçiblər - 0:4

Azərbaycan Premyer Liqası, III tur

31 avqust (şənbə)

18:30. “Qəbələ” – “Keşlə” - 0:4 (İkinci hissə)
Qollar: Slavik Alxasov, 10, Tural Bayramlı, 39, Lorenzo Frutos, 45+1, 90+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev
Qəbələ şəhər stadionu

Günün ikinci qarşılaşmasında "Sabah" "Zirə"nin qonağı olacaq.

Qeyd edək ki, 3-cü tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Səbail" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə