Milli komandamızın oyunu öncəsi Emil Balayev ehtiyatda qaldı

Milli komandamızın oyunu öncəsi Emil Balayev ehtiyatda qaldı

Qazaxıstan çempionatında 25-ci turun oyunları davam edir.

SİA xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Taraz"la qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib.

Millimizə çağırılan Emil bu dəfə görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu qələbə ilə xalını 52-yə çatdıran "Tobol" turnir cədvəlində ilk pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə