AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində “Məşqçilər üçün peşəkarlıq təlimləri” davam etdirilir. SİA-nın məlumatına görə, ADBTİA-nın və UNİCEF-in təyin etdiyi beynəlxalq mütəxəssislər tərəfindən keçirilən növbəti təlim Bakıda təşkil olunub. AFFA-nın inzibati binasında sentyabrın 10-dək davam etdiriləcək təlimlərdə Bakı üzrə 179 məşqçinin iştirakı planlaşdırılıb.
Xatırladaq ki, Bakı və 7 müxtəlif region olmaqla 517 məşqçi üçün nəzərdə tutulan təlimlər ilk dəfə avqustun 9-da Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB