23-30 avqust tarixlərində Macarıstanın Györ şəhərində kikboksinq üzrə gənclər ve yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Yarışda Azərbaycan yığma komandası 30 idmançı ilə təmsil olunub.
"Sərhədçi" İdman-Olimpiya Mərkəzinin (İOM) baş məşqçisi, dünya çempionu, əməkdar məşqçi Fuad Zeynalov SİA-ya bildirib ki, Avropa birinciliyində, əsas etibarilə, "Sərhədci", "Dinamo", "Zv Fiht" klublarının qabaqcıl idmancıları iştirak ediblər. Yığma komandamız bu yarışda tarixinin ən böyük ugurunu qazanıb.
Belə ki, 57 kq çəki dərəcəsində mübarizə aparan "Sərhədçi" İOM-nin idmançısı Qəşəm Məmmədov Rusiya, Polşa və Serbiya idmançılarını məğlub edərək çempion adına və qızıl medala sahib olub.
81 kq çəki dərəcəsində isə "Sərhədçi" İOM-nin idmançısı Elcan Alıkişiyev Türkiyə Cümhuriyyətindən olan rəqibinə 1/4 finalda qalib gəlsə də yarımfinalda Rusiya idmançısına cüzi xal hesabı ilə məğlub olaraq 3-cü yer və bürünc medalla kifayətlənib.
Yığmamızın təcrübəli idmançısı Elşad Şahbazov isə 1/4 finalda Serbiya idmançısını meglub edərək yarımfınala yüksəlib. Təcrübəli kikboksçumuzun Polşa idmançısı ilə yarımfinal döyüşündə hesabda irəlidə olmasına baxmayaraq sona 6 saniyə qalmış buraxdığı texniki səhv rəqibin qalib gəlməsinə səbəb olub.
Ümumi hesabda milli yığma komandamız 5 qızıl, 1 gümüş və 4 bürünc medalla Vətənə dönüb.
"Sərhədçi" İOM-nin gənc və yeniyetmə idmançıları yarışda iştirak üçün göstərilən dəstəyə görə Azərbaycan Kikboksinq Federasiyasının prezidentı Adil Əlıyevə, "Sərhədçi" kikboksinq klubunun prezidentı Cavid İsmayılova öz dərin təşəkkürünü bildirirlər!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB