“Bavariya”nın sabiq qapıçısı Oliver Kann klubun idarə heyətində yer alacaq. Almaniya mətbuatının yazdığına görə, əfsanəvi qapıçı 2022-ci ildən etibarən Münhen təmsilçisinin baş direktoru olacaq. O, bu vəzifədə Karl-Haynz Rummenigeni əvəzləyəcək. Almaniyalı veteran qapıçı ilə 2020-ci ildə 5 illik müqavilə imzalanacağı bildirilir. Qeyd edək ki, Oliver Kann 1994-2008-cü illərdə “Bavariya”da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB