Avroliqada 2018-2019-cu illər mövsümünün ən yaxşı futbolçusu açıqlandı

Avroliqada 2018-2019-cu illər mövsümünün ən yaxşı futbolçusu açıqlandı

Avropa Liqasında 2018-19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

SİA xəbər verir ki, "Real"ın yeni transferi Eden Hazard bu ada layiq görülüb.

Belçikalı hücumçunun "Çelsi"dəki sabiq komanda yoldaşı Olivye Jiru ikinci olub. Hazırda indiki komanda yoldaşı - sabiq "Ayntraxt"lı Luka Yoviç isə üçüncü olub.

Xatırladaq ki, Hazard ötən mövsüm "Çelsi"nin heyətində Avropa Liqasının qalibi adını qazanıb.

2018-19 mövsümünün ən yaxşı futbolçuları

1. Eden Azar ("Çelsi", hazırda "Real") – 340 xal

2. Olivye Jiru ("Çelsi") – 119

3. Luka Yoviç ("Ayntraxt", hazırda "Real") – 94

4. Pyerr-Emerik Obameyanq ("Arsenal") – 65

5. Aleksandr Lyakazett ("Arsenal") – 19

6. Nqolo Kante ("Çelsi") – 16

7. Joao Feliks ("Benfika", hazırda "Atletiko") – 12

8. Villian ("Çelsi") – 11

9-10. Pedro Rodriges ("Çelsi") – 9

9-10. Sebastien Haller ("Ayntraxt", hazırda "Vest Hem") - 9

Bütün xəbərlər Facebook səhifəmizdə