Masallıda mini-futbol turnirinə yekun vuruldu

Masallıda mini-futbol turnirinə yekun vuruldu

29 avqust 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbə Mərkəzi futbol meydançasında keçirilən vetiran idmançı Məmmədov Rafiz Mirzəxan oğlunun xatirəsinə həsr olunmuş böyüklər arasında mini-futbol üzrə ikinci ənənəvi Rayon turniri başa çatıb.

Avqust ayının 15-də start verilmiş turnirdə 8 komanda iştirak edib. 29 avqust 2019-cu il tarixdə keçirilən final görüşündə Masallı şəhərinin “Qartallar” və Kolatan kəndinin “Ümüd” komandaları qarşılaşmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Masallı şəhərinin “Qartallar” komandası 1-0 hesabı ilə qalib gəlib.
Turnirdə ilk 3 yeri tutan komandalara və fərqlənən idmançılara Rayon Gənclər və İdman İdarəsi tədəfindən fəxri fərman və diplomlar, Turnirin qalibinə - Masallı şəhərinin “Qartallar” komandasına kubok təqdim edilib.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə