Şahmat üzrə komandalararası Avropa çempionatında çıxış edəcək qadından ibarət Azərbaycan millisinin heyətində yer alacaq şahmatçılardan 4-ü müəyyənləşib. SİA-nın xəbərinə görə, oktyabrın 24-dən noyabrın 2-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək yarışda Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyevanın yığmanın şərəfini qoruyacağı dəqiqləşib.
Lakin sonuncu şahmatçının adı hələlik açıq qalıb. Kapitan Fikrət Sideyifzadə “beşlik”də Zeynəb və Türkan Məmmədyarova bacıları arasında seçim edəcək. Onlardan Dünya Kubokunda da oynayacaq Türkanın Batumiyə yollanmaq şansı daha yüksəkdir.
Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisinin heyəti bir qədər öncə məlum olub. Eltac Səfərlinin kapitan olacağı yığmada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov yer alacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB