Aleksis Sançesin "İnter"ə keçidi rəsmiləşib

Aleksis Sançesin "İnter"ə keçidi rəsmiləşib
"Mançester Yunayted"in futbolçusu Aleksis Sançesin "İnter"ə keçidi rəsmiləşib. SİA-nın klubun saytına istinadən yaydığı xəbərə görə, çilili hücumçu 2019/2020 mövsümündə icarə əsasında İtaliya təmsilçisində oynayacaq. İtaliya mətbuatı "İnter"in bu mövsümün sonu 15 milyon avro ödəyərək 30 yaşlı oyunçunu birdəfəlik almaq hüququnun olduğunu yazıb. Qeyd edək ki, Sançes ötən mövsüm 27 matçda 2 qol vurub, 4 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə