İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib. İtaliya klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, Milan təmsilçisi “Fiorentina”dan Kristiano Biraqini transfer edib. 26 yaşlı müdafiəçi 2019/20 mövsümünü icarə əsasında “İnter”də keçirəcək.
Milanlılar mövsümün sonunda 12 milyon avro qarşılığında müdafiəçinin transfer hüquqlarına sahib ola bilər. Qeyd edək ki, “İnter”in yetirməsi olan Biraqi, “Kataniya”, “Qranada”, “Peskara” kimi klublarda da çıxış edib. O, 5 dəfə də İtaliya millisinin formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB