Sentyabrın 27-29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, bu dəfə “Olimpiya ümidləri” adlandırılan yarış 6-13 yaşlı uşaqlar arasında təşkil olunacaq.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq xatirə turniri “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.
Sentyabrın 28-də saat 17:00-da turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət olunacaq. Yarışda 10-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.
“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl tanınmış Azərbaycan karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB