Braziliyanın "Flamenqo" klubunun futbolçusu Bruno Enrike Libertadores kubokunun 1/4 finalında "İnternasional"la görüşdə öz sürəti ilə rekorda şərik olub. FİFA-nın rəsmi Tvitter səhifəsində yer alan məlumatda deyilir ki, 28 yaşlı hücumçu 38 km/saat sürətinə çataraq PSJ-nin futbolçusu Kilian Mbappenin rekordunu təkrarlayıb. O, Qaret Beylin 36,1 km/saat olan rekordunu isə yeniləyib. Qeyd edək ki, Enrike bu mövsüm "Flamenqo"nun heyətinə 24 oyuna 10 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB