"Neftçi" dünyada 586-cıdır

Azərbaycan təmsilçisi "Neftçi" klubu dünyanın ən güclü 1000 futbol klubunun arasında 586-cı sırada yer alıb. Siasport.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) 10 il ərzində dünyanın ən güclü 1000 futbol klubunun adını açıqladığı siyahıya düşmüş 5 Azərbaycan klubu arasında ən yaxşı göstərici "Neftçi"yə aiddir. "Ağ-qaralar" 392 xal toplayıb. Digər klublarımızdan "Qarabağ" 366 xalla 634-cü, "Bakı" 327 xalla 731-ci,  "İnter" 266 xalla 915-ci, "Xəzər Lənkəran" isə 265 xalla 925-ci yerdə qərarlaşıb.

Siyahıda ilk 3 sırada müvafiq olaraq "Barselona" (2550 xal), "Mançester Yunayted" (2523 xal) və "Liverpul" (2414 xal) klubları yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə