Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna hakim təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasının saytında yer alan məlumata görə, avqustun 31-də keçiriləcək “Zirə”–“Sabah” oyununu Rövşən Cavadov idarə edəcək. Həmin gün baş tutacaq “Qəbələ” – “Keşlə” matçının baş hakimi funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Sentyabrın 1-də baş tutacaq “Neftçi”–“Sumqayıt” matçına əsas referi Səbuhi Bayramov təyin olunub. Turun sonuncu oyunu - “Səbail”–“Qarabağ” qarşılaşması Kamal Umudluya tapşırılıb.
“Zirə”–“Sabah” oyunu saat 20:30-da, “Qəbələ”–“Keşlə” saat 18:30-da, “Neftçi”–“Sumqayıt” saat 19:00-da, “Səbail”-“Qarabağ” qarşılaşması isə saat 21:00-da başlayacaq. Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB