Bu gün “Linfild” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu üçün Bakıya yola düşüb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb. Bildirilir ki, klub heyəti saat 20:00-da Bakıya çatacaq.
Xatırladaq ki, “Qarabağ” – “Linfild” matçı avqustun 29-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında ilk oyunda Ağdam təmsilçisi 3:2 hesabı ilə məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB