"Qarabağ"ımızın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild"ə qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, oyunun baş hakimi Rusiya Futbol Federasiyasından Sergey İvanov olacaq. Ona həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.
29 avqust
Avropa Liqası, pley-off mərhələsinin cavab oyunu
20:00 "Qarabağ" - "Linfild" | (İlk oyun: 2-3)
Baş hakim: Sergey Ivanov
Yan xətt hakimləri: Roman Usaçov, Valeri Dançenko
Dördüncü hakim: Sergey Lapoçkin (hamısı Rusiya)
Hakim-inspektor: Alain Hamer (Lüksemburq)
UEFA nümayəndəsi: Marko Simeunoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika Stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB