Premyer Liqada III turun təyinatları

Premyer Liqada III turun təyinatları

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək oyunlara təyinatları açıqlanıb. SİA-nın xəbərinə əsasən, təyinatları diqqətinizə çatdırırıq:
31 avqust (şənbə)

“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu. Saat 20:30
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli

“Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu. Saat 18:30
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev

1 sentyabr (bazar)

“Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”. Saat 19:00
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev

“Səbail” – “Qarabağ”
“ASCO Arena”. Saat 21:00
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Rəhim Həsənov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Rüfət Əmirov

Qeyd: Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə