Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıblar. SİA-nın xəbərinə görə, 73 kq çəkidə çıxış edən idmançılar 1/4 finalda müvafiq olaraq Tohar Butbulu (İsrail) və Bəhruz Xocazodanı (Tacikistan) məğlub ediblər.
Orucovla Heydərov yarımfinalda bir-birinə rəqib olublar. Bu isə o deməkdir ki, Azərbaycan yığması dünya çempionatında ilk medalını təmin edib.
Bu gün mübarizəyə qoşulan millinin digər üzvü - 57 kq çəkidə çıxış edən İçinxorloo Munxtsedev ilk görüşdə Miryam Roperə (Panama) uduzub.
Qeyd edək ki, ilk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB