“Oyun intizamı, eləcə də uyğunluğu məni qane etmədi” Joze Alesio

“Oyun intizamı, eləcə də uyğunluğu məni qane etmədi” Joze Alesio

“Oyuna yaxşı başladıq. Ancaq 5-ci dəqiqədən sonra səhvlərə yol verdik". SİA-nın məlumatına görə, bu sözləri Belarus yığması ilə yoldaşlıq oyunu keçirən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlamasında bildirib.

O daha sonra qeyd edib ki, "Hələ mövsüm başlamayıb, oyunçular ideal formada deyillər. Xüsusilə də fiziki planda çox axşadıq. Səhvlərimiz də daha çox bundan qaynaqlanırdı. Görüşdən əvvəl bununla bağlı xəbərdarlıq etmişdim. Oyun intizamı, eləcə də konsentrasiya məni qane etmədi. Uduzmaq olar, amma bu cür oynamaq yox. Heyətlə bağlı problemlərimiz var. Amma məğlubiyyəti bununla bağlamaq istəmirəm. Zədə və digər səbəbdən komandaya qoşula bilməyənlərin əvəzinə başqa oyunçuları sınadıq. Sadəcə, oyunçuların yanaşması məni qane etmədi”.

Bütün xəbərlər Facebook səhifəmizdə