"Neftçi" "Zirə"yə məğlub oldu
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə bir görüş keçirilib. "Zirə" öz meydanında "Neftçi"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, "Neftçi" yeni mövsümə heç-heçə, "Zirə" isə məğlubiyyətlə başlamışdı. 26 avqust (bazar ertəsi) 19:00. "Zirə" – "Neftçi" - 1:0 Qol: Cavid Hüseynov, 27 Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov Zirə İdman Kompleksinin stadionu 24 avqust (şənbə) "Sumqayıt" – "Səbail" - 0:3 25 avqust (bazar) "Qarabağ" – "Qəbələ" - 3:0 "Sabah" – "Keşlə" - 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə