“MotoGP” üzrə dünya çempionatında çıxış edən “Dukati” komandasının italiyalı motosikletçisi Andrea Dovitsiozo Böyük Britaniya Qran-Prisi zamanı ciddi qəza törədib. Klubun mətbuat xidmətinin məlumatında deyilir ki, qəzadan sonra xəstəxanaya yerləşdirilən italiyalı sürücünün ağır kəllə-beyin travması aldığı bildirilib. İtaliyalı idmançı “Yamaha”nın fransalı sürücüsü Fabio Kuartararo ilə toqquşaraq asfalta yıxılıb və onun motosikleti yanıb.
Qeyd edək ki, 20 dövrədən ibarət motoyürüşdə “Suzuki” komandasının üzvü Aleks Rins birinci olub. “Honda”nın üzvü, beşqat dünya çempionu Mark Merkes yarışı ikinci, Maverik Vinyales (“Yamaha”) isə üçüncü pillədə başa vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB