"Bizi Azərbaycanla çətin oyun gözləyir"

"Bizi Azərbaycanla çətin oyun gözləyir"

Xorvatiya millisinin futbolçusu Borna Barişiç Avro-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycanla oyunlar öncəsi fikirlərini bildirib. "Reyncers"in müdafiəçisi klubun saytına açıqlamasında sözügedən görüşlər haqda da danışıb: "Ölkəm üçün oynamaq mənim üçün əhəmiyyətlidir. Bizi qarşıda Slovakiya və Azərbaycanla çətin matçlar gözləyir. Bu həftə "Reyncers"də mənə uğurlu oldu. İndi milli ilə qarşıda böyük həftə var".

Qeyd edək ki, Xorvatiya sentyabrın 9-da Bakıda millimizin qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə