FIFA yan xətt hakimini robotlarla əvəz etməyi planlaşdırır

FIFA yan xətt hakimini robotlarla əvəz etməyi planlaşdırır

FİFA rəhbərliyi yan xətt hakimlərinin robotlarla əvəzlənməsinin mümkünlyü barədə düşünür. SİA-nın məlumatına görə, bu məsələ ilə əlaqədar Britaniyanın "Mİrror" qəzetində "FİFA-nın artıq müvafiq araşdırmalar aparan şöbəsi var. Gələcəkdə robotlar yan xətt hakimlərini tamamilə əvəz edəcəkmi? Bir gün həqiqətən baş verə bilər " - deyə qeyd olunub.

Son illərdə müasir texnologiya futbolda getdikcə daha çox yayılmışdır. FİFA-da ilk addım avtomatik qol aşkaretmə funksiyası idi - topun qapı xəttini tamamilə keçib-keçmədiyini xüsusi bir sistem müəyyənləşdirdi.

Qeyd edək ki, 2018-ci ildən başlayaraq bir sıra yarışlarda hakimlərə video yardım sistemi (VAR) tətbiq olundu. Bunun sayəsində hakimlər mübahisəli epizodları təkrar-təkrar izləyə bilər və yalnız bundan sonra qərar verirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə