Xorvatiyanın ulduz futbolçusu millimizlə oyunu buraxacaq

Xorvatiyanın ulduz futbolçusu millimizlə oyunu buraxacaq
Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığması itki ilə üzləşib. SİA xəbər verir ki, Andrey Kramariç zədələnib. "Hoffenhaym"ın hücumçusu sağ dizindən zədə alıb. Klubun rəsmi Tvitter səhifəsi futbolçunun yaxın günlərdə əməliyyat olunacağını açıqlayıb. Bu isə o deməkdir ki, 28 yaşlı forvard sentyabrın 9-da Bakıda millimizlə keçiriləcək görüşü buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə