PSJ-də ciddi itkilər baş verib. SİA-nın məlumatına görə, "Tuluza"nı 4:0 hesabı ilə məğlub edən Paris klubunun iki ulduzu sıradan çıxıb. Komandanın hücumçuları - Kilian Mbappe və Edinson Kavani zədələnib. Kavani 14-cü dəqiqədə zədələnib və yerini Çupo Motinqə buraxıb. Mbappe isə 66-cı dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.
PSJ-də Abdu Diallo, Yulian Draksler, Tilo Kehrer, Ander Herrera və Layvin Kurzava kimi futbolçular da zədədən əziyyət çəkir.
Oyundan sonra Tomas Tuhel futbolçuların zədəsi barədə bunları deyib: "Kavani və Mbappenin zədəsinin nə dərəcədə ciddi olub-olmadığını bilmirəm. Ümid edirəm ki, qısa müddətdə bizimlə olarlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB