Çimərlik futbolu üzrə millimizin final oyunları açıqlandı

Çimərlik futbolu üzrə millimizin final oyunları açıqlandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Super finalındakı rəqibləri məlum olub. Millimiz Bolqarıstan, Rumıniya və Çexiya komandaları ilə birgə eyni qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları sentyabrın 5-dan 8-dək Portuqaliyanın Figueira şəhərində keçiriləcək.
Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

5 sentyabr, saat 15:45
Bolqarıstan – Azərbaycan

6 sentyabr, saat 15:45
Azərbaycan – Rumıniya

7 sentyabr, saat 15:45
Azərbaycan – Çexiya

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə