"Fənərbaxça" və "Alanyaspor"dan qələbə

Türkiyə Super Liqasında II tur davam edir. SİA-nın məlumatına görə, ikinci oyun günündə üç matç baş tutub. Turun mərkəzi oyununda İstanbul klubları qarşılaşıb. "Başakşəhər" evdə "Fənərbaxça"nı qəbul edib. Son vitse-çempion hesabı açsa da, "sarı-lacivərdlilər" fasilədən sonra vurulan iki qolla əzmkar qələbə qazanıb. "Fənərbaxça" kimi "Alanyaspor"da startda ikinci qalibiyyətini alıb. Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq. Türkiyə Super Liqası II tur 24 avqust "Ankaragücü" – "Kayserispor" – 1:1 Orgil, 59, Bulut, 90 "Alanyaspor" – "Kasimpaşa" – 4:1 Bakasetas, 29, Sisse, 54, Fernandes, 60, Bammou, 88 – Tiam, 33 "Başakşəhər" – "Fənərbaxça" – 1:2 Krivelli, 32 – Muriqi, 77, Dirar, 90

Bütün xəbərlər Facebook səhifəmizdə