Masallı şəhər 3 saylı orta məktəbdə "Cəsurlar" Hərbi-idman və Turizm oyununun rayon birinciliyi keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, yarışı Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq bildirib ki, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi biliklərə yiyələnməsi, yeniyetmələrin və çağırışa qədərki gənclərin milli orduya hazırlanmasında bu yarışların əhəmiyyəti böyükdür.
Turnirdə Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Baba Həsənov, Rayon Təhsil Şöbəsinin müdir müavini Taryel Əkbərov, Rayon Hərbi Komisarlığının nümayəndəsi Musa Nağıyev və başqaları çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Yüksək səviyyədə təşkil olunan birincilikdə Masallı şəhər 1 saylı orta məktəbin komandası I yeri tutub. Digah 4 saylı orta məktəbin komandası II, Ərkivan qəsəbə 4 saylı orta məktəbin komandası isə III yerlərə layiq görülüblər.
Qalib komandalara Gənclər və İdman idarəsinin diplomları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB