“Napoli” tarixinin ən bahalı transferi!

PSV-nin hücumçusu İrvin Losano karyerasını “Napoli”də davam etdirəcək. Bu haqda İtaliya klubunun saytı məlumat yayıb. Meksika millisinin futbolçusuna görə 40 milyon avro təzminat ödənilib. “Bu klubun tarixində ən bahalı transferdir” – deyə məlumatda bildirilib.

Onunla 2024-cü ilin iyununa qədər – 5 illik müqavilə imzalanıb. Qeyd edək ki, ötən mövsüm Losano PSV-nin heyətində Hollandiya çempionatında 30 matçda meydana çıxıb, 17 qol vurub, 11 qolun isə ötürməsini edib.

Bütün xəbərlər Facebook səhifəmizdə