Xarici ölkə klublarının futbolçuları Azərbaycan millisinə dəvət olunub Azərbaycan Milli Paralimpiya Komitəsi

Avqustun 23-dən 31-dək Bakıda qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. SİA-nın məlumatına görə, toplanışa Nigar Abdulova (“Keşlə”), Arzu Əliyeva (“Uğur”), Kamilla Məmmədova, Nigar Mirzəliyeva (hər ikisi “Qubek”), Aytac Şərifova (“Keflavik”, İslandiya), Gülsüm Tunc, Kristina Bakarandze (hər ikisi “Hakkarigücü”, Türkiyə), Vüsalə Hacıyeva, Jalə Məhsimova, Firəngiz Teymurova (hamısı “İjevsk”, Rusiya), Manə Mollayeva, Nərgiz Hacıyeva, Vüsala Seyfəddinova (hamısı “Ryazan VDV”, Rusiya), Yeliz Açar, Nazlıcan Parlak (hər ikisi “Fatih Vatan”, Türkiyə), Roza Quliyeva, Aysun Əliyeva, Rövşanə Sərdarlı (hamısı “Okjetpes”, Qazaxıstan), Sevinc Cəfərzadə (“Kubanoçka”, Rusiya), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Yenisey”, Rusiya), Salome Gasviani (“Lançxuti”, Gürcüstan) və Neslihan Bozkaya (“Kemer”, Türkiyə) dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə