21-22 sentyabr tarixlərində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Tahir Həsənovun xatirəsinə həsr olunmuş məktəblilər arasında taekvondo üzrə açıq turnir keçiriləcək. SİA-nın məlumatına görə, Bakı, Şağan Olimpiya Kompleksində təşkil olunacaq yarışda, 2002-2004, 2005-2007, 2008-2009, 2010-2011-ci il təvəllüdlü məktəblilərin iştirakı nəzərdə tutulur. Turnirin hazırlığına və keçirilməsinə ümumi rəhbərlik Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB