Navas “Real Madrid”dən ayrılmaq istəyir

İspaniyanın “Real Madrid” klubunun qapıçısı Keylor Navas komandadan ayrılmaq istəyir. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, ikinci qapıçı olmaqdan məmnun olmayan kosta-rikalı qolkiper bu haqda klub rəhbərliyinə müraciətində bildirib.

Navasla Fransanın “Paris Sen-Jermen” klubunun maraqlandığı iddia olunur.

Qeyd edək ki, “Real”ın baş məşqçisi Zinəddin Zidan 2019-2020-ci il mövsümündə də komandanın əsas qapıçısının Tibo Kurtua olacağını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə