Moskvada İsveçrə sistemi üzrə 9 turdan ibarət iki dairəli şahmat blits turniri başa çatıb. Turnir dünya blits çempionatı ərəfəsində seçmə statusu daşıyır.
SİA-nın məlumatına görə, turnirin yekunlarına əsasən, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov birinci yeri tutub. O, 18 mümkün xaldan 14,5 xal toplayıb. Növbəti yerləri Ruslan Ponomoryov (14), rusiyalı Dmitri Andreykin, Yevgeni Tomaşevski (hərəyə 13,5 xal), Uesley So (Filippin), Nikita Vityuqov (Rusiya) (hərəyə 13 xal) tutmuş və dünya çempionatının finalına çıxıblar. Azərbaycanın digər nümayəndələri Rauf Məmmədov 12,5 xal, Vasif Durarbəyli 11,5, Ülvi Bacarani 8,5 xal, Gülnar Məmmədova 7,5 xal toplayıb Seçmə turnirinin mükafat fondu 36 000 avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB