Azərbaycanın kiy ustası dünya çempionatında gümüş medal qazanıb

Qırğızıstanın Çolpon-Ata şəhərində bilyard idmanının sərbəst piramida növü üzrə dünya çempionatı keçirilib. SİA-nın xəbərinə görə, çempionatda inamla çıxış edən kiy ustamız Seymur Məmmədov finalda Rusiya təmsilçisi Semyon Zaytsev ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən həlledici görüşdə S.Məmmədov məğlub olaraq gümüş medalla kifayətlənib.

Turnirdə 19 ölkədən 86 idmançı birincilik uğrunda mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə