Frank Riberi rəsmən “Fiorentina”da!

“Bavariya”nın sabiq yarımmüdafiəçisi Frank Riberi karyerasını “Fiorentina”da davam etdirəcək. İtaliya klubunun rəsmi Tvitter səhifəsində yer alan məlumatda deyilir ki, bu gün Florensiyaya gedən fransalı oyunçunu hava limanında “Fiorentina”nın nümayəndələri qarşılayıblar. 36 yaşlı futbolçu təyyarədən enən kimi üzərində klubun loqosu olan koynəyi geyinib və klubun şarfını tutaraq şəkil çəkdirib. Sabah “Fiorentina”nın Riberini rəsmən təqdim edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə