"Gənclərbirliyi"nin futbolçusu "Roma"da

"Roma" növbəti transferini həyata keçirib.

SİA klubun saytına istinadən xəbər verir ki, İtaliya təmsilşisi "Gənclərbirliyi"ndən Yıldırım Mert Çetini heyətinə qatıb. 22 yaşlı türk oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün A seriyası klubu 3 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, M.Çetin yeni klubunda 15 nömrəli forma geyinəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə