İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi bu gün “Atletik”ə qarşı keçirəcəkləri La Liqanın yeni mövsümünün açılış matçını buraxacaq. SİA-nın məlumatına görə, avqustun 5-də əzələsi dartılan 32 yaşlı hücumçu hazırda bərpa prosesi keçir. Argentinalı forvardın gələn həftə komanda ilə birgə məşqlərdə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, bu gün keçiriləcək “Atletik” – “Barselona” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə