Balotellinin transferindən imtina etdilər

Balotellinin transferindən imtina etdilər

Braziliyanın A Seriyası təmsilçisi "Flamenqo" "Marsel"in futbolçusu Mario Balotellini transfer etməkdən imtina edib.

SİA-nın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə razılıq əldə olunmadığı və transferdən imtina edildiyi bildirilib.

Qeyd edək ki, Balotelli ilə İtaliya A Seriyası klubu "Breşia"nın da maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə