Ramil Quliyev ailə qurdu

Türkiyə milli atleti olan, həmyerlimiz Ramil Quliyev 2012 London Olimpiadasında 800 metr finalda gümüş medal qazanan Rusiya idmançısı Yekaterina Zavialova ilə İstanbulda ailə arasında təşkil edilən toy mərasimiylə ailə qurdular. SİA-nın Türkiyə mətbuatına əsasən verdiyi xəbərə görə, dünya rekordçusu Ramil Quliyev bunula bağlı fikirlərində bildirib ki, “Evlilik mənim üçün ən düzgün qərar idi. Bu dövrlərdə bir-birimizi başa düşməyimiz çox vacibdir. Evləndikdən bir müddət sonra Moskvadakı düşərgəyə gəldik. Moskvaya qayıtmağım dünya çempionatına hazırlıqlarımı davam etdirir. Hədəflərimiz çox böyükdür. 2017 dünya çempionatından sonra gözlər bizə baxır. 2020-ci ildə Dohada yenidən kürsüyə çıxaraq türk xalqını sevindirmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə