"Liverpul" UEFA Superkubokunun qalibi olub.
SİA xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən görüşdə iki ingilis klubu üz-üzə gəlib.
Ötən mövsüm Çempionlar Liqasını qazanan "Liverpul"la Avropa Liqasının qalibi "Çelsi" qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da komandalar hərəyə bir dəfə fərqləndiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. On bir metrlik zərbəni daha dəqiq yerinə yetirən "Liverpul"a 5:4 qalib gəlib. "Çelsi"də Temmi Abrahamın vurduğu penaltini qapıçı Adrian qaytarıb.
Beləliklə, "Liverpul" 14 ildən sonra Superkuboku başı üzərinə qaldırıb. Komanda sonuncu dəfə 2005-ci ildə bu kuboku qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə