Falkaonun "Qalatasaray"dakı qazancı açıqlanıb

Falkaonun "Qalatasaray"dakı qazancı açıqlanıb

“Qalatasaray”a keçəcəyi dəqiqləşən “Monako”nun hücumçusu Radamel Falkaonun yeni klubunda alacağı maaş müəyyənləşib.

Qol.az “Hürriyyət” qəzetinə istinadla xəbər verir ki, yaxın günlərdə kolumbiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanacaq.

Razılaşdırılmış müqavilə şərtinə əsasən, ona illik 5 milyon və bonus olaraq əlavə 2 milyon avro ödəniləcək. Transfer rəsmiləşdikdən sonra bu pulun 5 milyonu əvvəlcədən Falkaonun bank hesabına yatırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə