Nazarovun komandası 1/16 finalda

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" Almaniya kubokunda 1/32 final oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Aue təmsilçisi səfərdə "Vakker"lə qarşılaşıb. Matç qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Vakker" - "Erzgebirge" - 1:4
Qollar: Mikels, 22 (1:0), Baumqart, 38 (1:1), Hohştadt, 57 (1:2), Testroet, 80 (1:3), 4 (1:4)

Bu qələbə ilə Aue klubu 1/16 finala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə