"Liverpul" Premyer Liqadakı oyununa qələbə ilə başladı

"Liverpul" Premyer Liqadakı oyununa qələbə ilə başladı

Avqustun 9-da İngiltərə Premyer Liqasının 2019-2020-ci il mövsmünə start verilib. SİA-nın məlumatına görə, I turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

Son mövsümün vitse-çempionu “Liverpul” yenidən yüksək dəstəyə qayıdan “Norviç”i sınağa çəkib. Matçın taleyini ilk yarıda həll edən Yurgen Kloppun yetirmələri 4 qol vurublar. Qonaqlar fasilədən sonra bunlardan yalnız birinin əvəzini çıxıblar və darmadağından qaça bilməyiblər.

Görüş "mersessayd"lıların böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1.

“Liverpul” klubunun heyətində Qrant Hanley (avtoqol - 7), Məhəmməd Salah (19), Virjil van Deyk (28) və Divok Oriqi (42) fərqləniblər. Qonağların heyətində təsəlli qoluna 64-cü dəqiqədə Tim Pukki imza atıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının qalan oyunları avqustun 10 -11-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə