"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Ayaks" futbolçusu Lasse Şeneni satıb. Klubun saytında yer alan xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi "Cenoa"ya transfer olunub. İtaliya mətbuatı bu transfer üçün A seriyası təmsilçisinin 1.5 milyon avro təzminat ödədiyini yazıb.
Qeyd edək ki, L.Şene 2012-ci ildən oynadığı Hollandiya təmsilçisində 286 matçda 64 qol vurub, 52 qolun ötürməsini verib. Xatırladaq ki, "Qarabağ" APOEL səddini keçəcəyi təqdirdə, pley-off-da "Ayaks" - PAOK cütünün qalibi ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB