Kaqava "Saraqosa"ya keçdi

Dortmund "Borussiya"sının futbolçusu Sindzi Kaqava karyerasını İspaniyada davam etdirəcək. SİA xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi icarə əsasında "Saraqosa"da çıxış edəcək. Sequnda təmsilçisinin rəsmi saytı Yaponiya millisinin üzvü ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, 2010-cu ildə "Sereso Osaka" klubunda "Borussiya"ya keçən Kaqava 2012-ci ildə "Mançester Yunayted"də çıxış edib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Beşiktaş"da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə