Şahmatçılarımız liderlər qrupunda mübarizə aparır

Şahmatçılarımız liderlər qrupunda mübarizə aparır

Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmə şahmatçılar arasında Avropa birinciliyində yeddinci tura yekun vurulub. SİA-nın xəbərinə görə, çempionatda müxtəlif yaş kateqoriyaları üzrə iştirak edən şahmatçılarımızdan Dinarə Hüseynova, Səadət Bəşirli, Ayan Allahverdiyeva, Cahandar Azadəliyev (hərəyə 6 xal) və Yusif Kərimli (5,5 xal) liderlər qrupunda mübarizəni davam etdirirlər.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə