Premyer Liqa klubları bu yay transferlərə 1,31 milyard funt sterlinq xərcləyiblər

Premyer Liqa klubları bu yay transferlərə 1,31 milyard funt sterlinq xərcləyiblər

Futbol üzrə İngiltərə çempionatında - Premyer Liqada çıxış edən klublar ötən gün başa çatan yay transfer pəncərəsində heyətlərini gücləndirmək üçün 1,31 milyard funt sterlinq xərcləyiblər. SİA-nın məlumatına görə, cari mövsüm bu göstərici üzrə Premyer Liqa tarixində ikincidir. İki əvvəl yay transfer pəncərəsində futbolçuların alınmasına 1,43 milyard funt sterlinq sərf olunub.

Klublar arasında futbolçu transferi üçün ən çox (145 milyon funt sterlinq) pul xərcləyən “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar” təkcə müdafiəçi Harri Maquayrı heyətinə qatmaq üçün 85 milyon funt sterlinq ödəyib. İkinci yerdə 138 milyon funt sterlinqlə “Arsenal” klubu qərarlaşıb. İlk beşlikdə “Aston Villa” (131,5 milyon), “Everton” (124,5 milyon) və “Mançester Siti” klubları yer alıblar.

Ən bahalı transferlərin siyahısına H.Maquayr başçılıq edir. Sonrakı yerlərdə Nikolas Pepe (“Arsenal”, 72 milyon), Rodri (“Mançester Siti”, 62,5 milyon), Tanquy Ndombele (“Tottenhem”, 55 milyon) və digər futbolçular qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə