Yoldaşlıq görüşündə 23 qol

Almaniya Bundesliqa komandalarından biri olan "Bavariya" mövsüm öncəsi hazırlıqlarını davam etdirir və yoldaşlıq oyunlarında fərqli xal toplamağa davam edir. SİA-nın xəbərinə görə, alman nəhəngi "Bavariya Münhen", "Rottax-Eqern"ə qarşı hazırlıq matçında qarşı-qarşıya gəldi. Bavariya komandası rəqib torlarını 23 dəfə havaya qaldıraraq əlamətdar bir xal qazandı.

Bavariya təmsilçisi sonda yoldaşlıq oyununda 23 dəfə "Rottax"ın qapısını silkələdi. Ümumi hesab içərisində komandanın fransız oyunçusu olan Tolisso isə 5 dəqiqə ərzində 4 qol vurdu.

Alman nəhəngi, ötən yay yoldaşlıq oyunu çərçivəsində eyni rəqiblə qarşılaşdı və hesabı 20-2 ilətamamladı.

Bütün xəbərlər Facebook səhifəmizdə